Nazirin AFFA-nın yeni rəhbərliyindən inciməsinin kökündə dayanan ŞOK İSTƏKLƏR!backend

Nazirin AFFA-nın yeni rəhbərliyindən inciməsinin kökündə dayanan ŞOK İSTƏKLƏR!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, AFFA-nın Hesabat-Seçki konfransı keçirilib.

Gözlənilənlərin əksinə, gənclər və idman naziri Fərid Qayıbov konfransda iştirak etməyib.

Bu, ictimaiyyətdə birmənalı qarşılanmayıb və çoxsaylı söz-söhbətlərə rəvac verməyib. Axı ilk dəfədir ki, gənclər və idman naziri bu tədbirə qatılmırdı.

Maraqlıdır ki, AFFA-nın İcraiyyə Komitəsində Gənclər və İdman Nazirliyini heç kim təmsil etməyəcək. Futbol federasiyasının ölkənin əsas idman qurumlarından biri olduğunu nəzərə alsaq, baş verənlər maraq doğurur.

Gənclər və İdman Nazirliyinin mətbuatı xidməti isə Fərid Qayıbovun iclasda iştirak etməməsi ilə bağlı suala belə cavab verib: “Nazir müavini Mariana Vasileva və İdman şöbəsinin müdiri Elnur Məmmədov iştirak ediblər”.

Nazirlik qurum rəhbərinin iştirak etməməsinin səbəbini isə açıqlamayıb.

Bir neçə gün əvvəl idman mediasında nazir Fərid Qayıbovun sözügedən tədbirdə iştirak etməyəcəyi ilə bağlı məlumat yayımlanmışdı. Birbaşa GİN-ə yaxın mətbu orqanlar tərəfindən.

Səbəbi? İş ondadır ki, nazirlik AFFA-nın yeni rəhbərliyinin formalaşması prosesində iştirak etməyib.

Bildiyimizə görə, Qayıbov bir neçə nəfərin namizədliyini irəli sürüb. Həm vitse-prezident, həm baş katib postuna. Həmçinin İcraiyyə Komitəsinin üzvlüyünə.

Onun üzərində dayandığı şəxslərin heç biri federasiyada təmsil olunmayıb. Bu da nazirin xətrinə dəyib.

Belədə o, konfransda şəxsən iştirakı özünə rəva görməyib və tədbirə gəlməməklə, AFFA-nın yeni prezidenti Rövşən Nəcəfə incikliyini büruzə verib.

Baxmayaraq ki, ona rəsmi surətdə dəvətnamə göndərilib.

Konfransda GİN-in 2 təmsilçisi yer alıb. Nazirin müavini Marianna Vasilyeva və futbol şöbəsinin müdiri Elnur Məmmədov.

İcraiyyə Komitəsinin (İK) yeni tərkibində nazirliyin keçmiş məsul əməkdaşını görməkdəyik. Bu, 2 il öncə GİN-dən narazılıqla ayrılmış Fərid Mansurovdur.

İK-nin əvvəlki personalında da fəaliyyət göstərmiş güləş üzrə Olimpiya çempionunun təkrar AFFA-nın ali qanunverici orqanına düşməsi nazirliyin qətiyyən ürəyincə olmayıb.

Bu da onu göstərir ki, R.Nəcəf kənar fikirlərə məhəl qoymadan sərbəst fəaliyyət göstərməyə iddialıdır.

SPORTİNFO.AZ