Nazirin şagirdlər üçün qadağalarına professordan SƏRT REAKSİYAbackend

Nazirin şagirdlər üçün qadağalarına professordan SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, artıq gələn ildən orta məktəblərdə şagirdlərə yeni qadağalar tətbiq ediləcək.
Geyimlərlə bağlı qoyulan qadağa geniş müzakirəyə səbəb olub, eyni zamanda valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Ümumiyyətlə, məktəblərdə bu qadağaların tətbiqi nə dərəcədə doğru və effektlidir?

Məsələ ilə bağlı açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, məktəblərdə qoyulan qadağalar çox əhəmiyyətsizdir. Professor qeyd edib ki, bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil:

“Məktəblərdə qoyulan qadağaları doğru hesab etmirəm. SSRİ-də atom bombası layihəsinin elmi rəhbəri, akademik Yuli Xariton deyirdi ki, elmdə, təhsildə qadağalar olmaz, amma hərbidə olar. Elm-təhsil hərb deyil ki, orada hər şey qadağalarla olsun. Məktəbə ona görə pul ayrılır ki, uşaqlara faydalı, effektli tədris verilsin. Yoxsa qadağan etmək nədir? Çox əhəmiyyətsiz bir şeydir. Bu problem gündəlikdə varsa, kökünü tapıb həll etmək lazımdır. Bunun səbəbini hüquqşünas, iqtisadçı heç vaxt bilməz. Nəyi, necə etmək lazım olduğunu yalnız pedaqoqlar bilər. Əlbəttə ki, məktəbli forması alqışlanası bir hadisədir. Lakin məktəb o qədər yaxşı olmaldır ki, uşaq o formanı geyinəndə məktəbliyəm deyib, fəxr etməlidir”.

Ekspertin fikrincə, formanı zorla məktəbliyə geyindirmək, yaxud çıxartmaq dorğu deyil:

“Bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil. Ola bilər, kimlərsə bunu arzu edib. Xarici filmlərə nəzər yetirsəz görərsiz ki, məktəblərdə uşaqlar stolun üstünə çıxır. Lakin müəllim onu qadağan etmir, sadəcə, başa salır. Tərbiyə sistemi nədən ötrüdür? Qadağalar qoymaqdansa, məktəbdən qovulmuş tərbiyə sistemini yenidən məktəbə gətirsinlər”.

Qeyd edək ki, şagirdlərlə bağlı həmin layihə artıq nazirliyin saytında yayımlanıb.

//Bakupost.az