Nazirlərin “öpüş qalmaqalı”: Xorvatiyanın xarici işlər naziri Almaniya XİN-in başçısını öpdü, sonra isə…backend

Nazirlərin “öpüş qalmaqalı”: Xorvatiyanın xarici işlər naziri Almaniya XİN-in başçısını öpdü, sonra isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman noyabrın 2-də Avropa İttifaqı sammitində Almaniyanın xarici işlər naziri Annalena Barboku salamlayarkən öpüb.

Editor.az “Bild”ə istinadən bildirir ki, daha sonra o üzr istəyib. Hadisə nazirlər birlikdə şəkil çəkdirərkən baş verib. Videodan belə görünür ki, rumıniyalı nazir onun dodaqlarından öpmək istəyəndə xanım Berbok üzünü çevirib. Cənab Qrlic-Radman, görüşə gecikib və digər nazirlər artıq bir-birini salamlayarkən gəlib. Qəzetin yazdığına görə, öpüş “bir-birini tez salamlamaq üçün yöndəmsiz cəhddir”. Qrlic-Radman üzr istəyib və izah edib ki, həmkarını “adam kimi” salamlamaq istəyib.

Xatırladaq ki, avqust ayında baş məşqçi Luis Rubialesin Dünya Kubokunu qazandıqdan sonra İspaniyanın qadınlardan ibarət komandasının mükafatlandırma mərasimində futbolçu Cennifer Hermosonun dodaqlarından öpməsindən sonra qalmaqal yaşanmışdı. Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaqdan uzaqlaşdırılıb.

//Samir Qurbanov, Editor.az