Nazirlik rəsmisi: Azərbaycana gətirilən vaksinlər ÜST-nin təhlükəsizlik standartlarına cavab verirbackend

Nazirlik rəsmisi: Azərbaycana gətirilən vaksinlər ÜST-nin təhlükəsizlik standartlarına cavab verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana gətirilən bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik və effektivlik standartlarına cavab verir.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

O, vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələrin də peyvənd olunması məsələsinə aydınlıq gətirib:

“Vaxtından əvvəl doğulan uşaqlar anadan daha az qoruyucu anticisimlər alır. Anticisimlərin onların orqanizmindən daha tez xaric olması nəticəsində həmin uşaqlarda yoluxucu xəstəliklərdən müdafiə aşağı səviyyədə olur və infeksion xəstəliklərə yoluxma ehtimalı artır. Bu səbəbdən də vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr pediatrın təyinatı əsasında profilaktik peyvənd təqviminə uyğun peyvənd oluna bilərlər”

A.Əliyeva xatırladıb ki, 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir.