Nə Ararat Mirzoyan var, nə də ki, Ermənistan bayrağı – Ermənistandan KTMT-yə növbəti imtinabackend

Nə Ararat Mirzoyan var, nə də ki, Ermənistan bayrağı – Ermənistandan KTMT-yə növbəti imtina

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan KTMT tədbirlərində iştirakdan imtina etməkdə davam edir.

Ermənistan tərəfinin qaçırdığı növbəti görüş KTMT ölkələrinin Xarici İşlər nazirlikləri rəhbərlərinin görüşü olub. Mariya Zaxarova görüşdən fotonu öz Telegram kanalında yayımlayıb. Onun üzərində KTMT ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri müvafiq bayraqlar qarşısında dayanırlar.

Şəkildə nə Ermənistanın bayrağı var, nə də Ararat Mirzoyan. Görüşdə Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan və Tacikistandan nümayəndələr iştirak edəcək. Eyni zamanda, Ermənistan XİN rəhbərinin bu gün Nyu-Yorkda olduğu da məlumdur.

//Samir Qurbanov, Editor.az