Nə Co Bayden, nə də Donald Tramp: amerikalılar bu namizədlərin heç birini bəyənmirbackend

Nə Co Bayden, nə də Donald Tramp: amerikalılar bu namizədlərin heç birini bəyənmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalıların əksəriyyəti ABŞ prezidentliyinə namizədlərdən razı deyil.

Editor.az bildirir ki, “The New York Times”ın Siena Kolleci ilə birgə keçirdiyi sorğuya görə, onlar nə Trampı, nə də Baydeni yeni prezident kimi görmək istəmirlər.

İyunun 20-dən 25-dək qarşıdan gələn teledebatlar öncəsi keçirilən sorğu göstərir ki, seçicilər ümumilikdə hər iki namizədi bəyənmirlər. Belə ki, respondentlərin 61%-i Demokrat Partiyasının başqa namizədə ehtiyacı olduğunu bildirib. Seçicilərin 54%-i respublikaçıların digər namizədinə səs verib. Aprel sorğusu namizədlərin bərabər olduğunu, lakin Trampın cüzi öndə olduğunu göstərib. Yeni sorğuda o, seçicilərin 40%-nin, Co Baydenin isə 37%-nin dəstəyinə malikdir. Müstəqil namizəd kiçik Robert Kennedi ehtimal seçicilərdən 7% dəstək alıb. Qeyd olunur ki, Donald Trampın mayın sonunda məhkum edilməsi respublikaçı seçicilərin fikrinə tənqidi təsir göstərməyib. Onların 90%-ə yaxını eks-prezident haqqında hələ də müsbət fikirdə olduqlarını bildiriblər.

Baydeni dəstəkləyənlər də daxil olmaqla seçicilərin təxminən 70%-i onun yaşının ən böyük problem olaraq qaldığını düşünür. Respondentlərin fikrincə, Co Bayden prezident kimi effektiv fəaliyyət göstərmək üçün çox qocadır. Eyni zamanda seçicilərin təxminən 40%-i Donald Trampı da yenidən seçilmək üçün çox yaşlı hesab edir.

//Samir Qurbanov, Editor.az