Ukraynada əhalinin elektrik və su təchizatında yaşanan ciddi problemlər davam edir. Editor.az yerli mediaya istinadən xəbər verir ki, Rusiyanın kütləvi raket zərbələri bütün Ukraynada elektrik enerjisi ilə bağlı problemlərə səbəb olub.
İşıq və su ilə bağlı ən çətin vəziyyət paytaxt Kiyev və 15 rayonda müşahidə olunur. Bəzi ərazilərdə isə nə işıq, nə də su var.
Ukayna prezidenti Volodimir Zelenski gündəlik müraciətində bildirib ki, ən ağır vəziyyət 6 regionda hökm sürür. Prezidentin sözlərinə görə, elektrik enerjisi ilə bağlı vəziyyət demək olar ki, bütün ölkədə eynidir: “Bununla belə, mühəndislər istehlakçıların daha az zərər çəkməsi üçün əllərindən gələni edirlər. Kiyevdə, eləcə də 15 bölgədə elektrik təchizatı ilə bağlı vəziyyət ağırdır. Bunlar Vinnitsa, Dnepropetrovsk, Jitomir, Transcarpathian, İvano-Frankivsk, Kiyev, Kirovograd, Lvov, Nikolaev, Odessa, Poltava, Ternopil, Xarkov, Xerson, Xmelnitskidir”.
Zelenski bildirib ki, artıq əhaliyə kömək üçün 4362 dayaq məntəqəsi yaradılıb: “Xahiş edirəm, şəhərinizdə 12 saatdan artıq işıq və istilik yoxdursa, dayaq məntəqələrimizin köməyindən istifadə edin. Həmçinin bütün polis bölmələrində, Fövqəladə Hallar Dövlət Xidmətinin obyektlərində əhaliyə yardım göstəriləcək”.
//Samir Qurbanov, Editor.az

