Nə Paşinyanın, nə onun hamilərinin ipinin üstünə odun yığmaq olmaz: “Dayanıqlı sülh yalnız…”backend

Nə Paşinyanın, nə onun hamilərinin ipinin üstünə odun yığmaq olmaz: “Dayanıqlı sülh yalnız…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-da baş tutacaq seçkilərə doğru Demokratlarla Respublikaçılar arasında qüvvələr nisbətinin sezilməsi, Ukrayna müharibəsi üzərindən iki blokun mübarizəsində arzu edilən nəticənin olmaması Ermənistanı sanki bir növ fasiləyə müraciət etməsinə gətirib çıxartdı. Azərbaycan da bu müddət ərzində aktiv, prinsipial siyasət yürütməklə rıçaqlarını kifayət qədər gücləndirə bildi. Bütün bunların fonunda Ermənistanın gözləntiləri suya düşdü və bir müddət öncə Rusiyaya qarşı tutulan mövqe belə onun dayandırılmasına gətirib-çıxartdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev çox aydın mövqe ortaya qoyaraq bildirdi ki, sülh müqaviləsi Konstitusiya dəyişikliyindən sonraya saxlanılaraq razılıq əldə edilib sənəd imzalana, hətta paraflana da bilər:

“Şübhəsiz ki, görüş baş tutsaydı, yaxın günlərdə bu hadisənin şahidi olacaqdıq. Çünki dövlət başçımızın da dediyi kimi demarkasiya kimi çətin məsələdə tərəflər heç kimin iştirakı olmadan razılıq əldə edə bilirsə, bu uğurdur. Fransa Prezidenti Emmanuel Makron və okeanın o yanı olsa da qoşması bu görüşə icazə vermədi. Beləliklə də hakimiyyətə gəlmə yolu kimi həyata keçirdiyi diktə siyasətinin təsiri altında Paşinyan bu görüşdən imtina etdi. Məsələ həm də ondan ibarətdir ki, daha öncəki formatlarda masada vasitəçi olmaqla üçlük olurdu. Daha sonra Almaniya kansleri Olaf Şoltsla olan görüş kimi masa tərk edilərək tərəflər birbaşa danışıqlara keçirdi. Paşinyan eyni format olmaqla cənab Prezident İlham Əliyevlə birbaşa danışıqdan da çəkindi. O əmin idi ki, dövlət başçımız əldə ediləcək və əldən veriləcək dividentləri aydın masa üzərinə qoyaraq reallığı aydın göstərəcək, düzgün hesablamanın yolunu başa salacaq, həm də şahmat taxtasında istənilən gedişlə qalib olacaqdı. Ssenari aydındır”.

Ş.Həsənovanın sözlərinə görə, Ermənistan ABŞ və Fransanın əli ilə silahlanır, əslində isə bu qüvvələr onu silahlandırmaqla regiona daha çox nüfuz etməyə çalışır:

“Bu yolda isə onlara sülh müqaviləsi lazım deyil. Marşrutların tam formalaşmasının astanasında ən azından hələ lazım deyil. Bir tərəfdə ŞƏT zamanı keçirilən görüşlər, digər tərəfdə bir qolu Ermənistanın silahlandırılması ilə qurulan oyun hər şeyi aydın izah edir. O ki qaldı sülh müqaviləsi və ona gedən yolda imzalanacaq istənilən sənədə, düşünürəm ki, təşəbbüsü dəfələrlə göstərən tərəfin Ermənistan olmasında da Konstitusiya dəyişikliyi qədər prinsipial olmalıyıq. Ermənistan sülhdə maraqlı deyil, revanşist meyillərini hələ də davam etdirir. Nə Paşinyanın, nə onun hamilərinin ipinin üstünə odun yığmaq olmaz. Dayanıqlı sülh yalnız Ermənistanın Konstitusiyasına dəyişikliklə təmin edilə bilər. Paşinyan isə düzgün analiz etsə, ən məqbul yol sülhə qədər sənədin imzalanmasıdır. Bu sənəd onun kürsüsünü daha uzun müddətə qoruyacaq, Ermənistanın xalqa verəcəyi iqtisadi amillər artacaq, cəmiyyəti yanında tuta biləcək, revanşistlərə nisbətdə isə əhəmiyyətli xalq qazandıracaq. İstənilən halda mövcud reallığın dəyişdirilməsi, geri dönüşü mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az