“2020-ci il 10 noyabr razılaşmasından sonra Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə bugünə qədər 3 nəfər təyin edilib”.
Bu fikirləri Editor.az-a politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, 3 il ərzində 3 rəhbər dəyişikliyi onu göstərir ki, nə Rusiya, nə də Ermənistan bölgə ilə bağlı niyyətlərinə çatıblar:
“Bu vəzifəyə təyin olunan heç bir “rəhbər” regionun sabitliyi mövqeyindən çıxış etməyib. Sülhmərmalıların müvəqqəti nəzarətindəki ərazilərdə mövcud olan erməni silahlı birləşmələrinin qanunsuz şəkildə minalar, silah-sursat, hərbi texnika daşımaları məlumdur. Hansı ki, bu texnikala və basdırılmış minalar vasitəsilə törədilən təxribatlar nəticəsində 300-ə yaxın azərbaycanlı həyatını itirib, çox sayda insan xəsarət alıb “.
Politoloq qeyd edib ki, separatçılar yaxşı bilməlidirlər ki, rəhbərlik dəyişikliklərindən asılı olmayaraq Xankəndidə son günlərini yaşayırlar:
“Azərbaycan Xankəndi-Laçın yolunda sərhəd-keçid məntəqələri yerləşdirib. Dünəndən etibarən də orada yaşayan ermənilər bu məntəqədən keçirlər. Bu onu göstərir ki, Azərbaycan heç vaxt öz istəyindən əl çəkməyəcək və beynəlxalq hüququn ona verdiyi imkanlardan maksimum yararlanacaq.Azərbaycan öz ərazilərində hakimdir. Orada yaşayan erməniəsilli vətəndaşlar da digər bölgələrimizdə yaşayan azsaylı xalqların nümayəndələri kimi bərabərhüquqlu şəkildə Azərbaycan bayrağı altında yaşayacaqlar. Bunu istəməyənlərə isə yol açıqdır “.
Politoloq son olaraq xatırladır ki, Volkovun hakimiyyəti zamanı Azərbaycan tərəfinin öz ərazilərində ekoloji terrora qarşı monitorinq aparmasına şərait yaradılmamışdı:
” Bunun qarşılığında da ekofəalların uzun müddət davam edən etiraz aksiyakaları başladı. Bu da öz nəticəsini verdi. Rusiya rəhbərliyi Volkovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini görüb yeni “rəhbər ” təyin etdi. Bu da Azərbaycan gənclərinin xidməti, dövlətimizin gücünün nəticəsidir”.
//Safura Bənnayeva, Editor.az