Nə üçün Putin ümumi səfərbərlik elan etmir? – “Planları iflasa uğrayıb”backend

Nə üçün Putin ümumi səfərbərlik elan etmir? – “Planları iflasa uğrayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin diktator rejimi Rusiyada ümumi səfərbərlik elan etməyi planlaşdırmır – böyük itkilərinə baxmayaraq. Kremldə etiraf edə bilmirlər ki, Ukraynanın ələ keçirilməsi planları uğursuzluğa düçar olub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat Idarəsinin nümayəndəsi Vadim Skibitski «Krım.Reali»-yə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Rusiya itkilərini qismən «gizli səfərbərlik»lə kompensasiya edir, amma Putin rejimi bundan açıq danışmaq istəmir.

«Çünki mahiyyət etibarilə, bunun etiraf olunması məğlubiyyətin etirafı olardı. Putin bunu etiraf etməyəcək» – Skibitski əmindir.

Onun əminliyinə görə, Rusiyada ümumi səfərbərliyin elan edilməsi faktiki olaraq, Putinin məğlubiyyəti demək olacaq.

AzPolitika.info