Ne valyay duraka, Amerika: Vladimir Putin Avropa, ABŞ və Kanadaya çağırış etdibackend

Ne valyay duraka, Amerika: Vladimir Putin Avropa, ABŞ və Kanadaya çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Strateji və Milli Layihələr Şurasında çıxışı zamanı Avropa, ABŞ və Kanadanı “axmaqlıq etməməyə” və “Rusiyanın dağılmasını gözləməməyə” çağırıb.

Dövlət başçısı vurğulayıb ki, Rusiya Federasiyası Avropa və Amerika tərəfdaşları ilə iqtisadi əməkdaşlıqdan kənarda qalmır. “Qeyd etmək istərdim ki, biz özümüzü Amerika qitəsindən, Şimali Amerikadan, ABŞ-dan və Kanadadan təcrid etmirik, Avropa ölkələrindən də təcrid etmirik. Ümumiyyətlə, onların axmaqcasına bizim dağılmağımızı gözləmək zamanı deyil.

Hamıya aydındır ki, Rusiya ilə əməkdaşlıqdan faydalanmaq istəyirlərsə, bunu etməlidirlər. Biz onları uzaqlaşdırmırıq. Lakin bu, onların işi və onların qərarıdır”, – deyə Vladimir Putin bildirib. Prezident qeyd edib ki, Qərb ölkələrinin liderləri nəyi rəhbər tutduqları barədə düşünməlidirlər – “Rusiyanın məhv edilməsini və ya müasir çoxqütblü dünyanın demokratik təməlləri üzərində münasibətlərin inkişafında öz ölkələrinin və xalqlarının maraqlarını”.

//Samir Qurbanov, Editor.az