Necati Şaşmaz və digər tanınmış şəxslər DİNDİRİLDİbackend

Necati Şaşmaz və digər tanınmış şəxslər DİNDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə iyunun 28-i “Sarallar” cinayət təşkilatına qarşı həyata keçirilən əməliyyatla bağlı yeni detallar məlum olub.

Editor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı araşdırma çərçivəsində bir neçə tanınmış şəxsin polis bölməsinə çağırıldığı məlum olub.

Məlumata görə, dindirilmək üçün çağırılan məşhurlar sırasında müğənni Aylin Coşkun, aktyorlar Necati Şaşmaz, Erkan Petekkaya və aparıcı Sinan Engin də var.

Qeyd edək ki, sözügedən əməliyyat zamanı 119 nəfər şübhəli şəxs qismində saxlanılıb, çox sayda silah, nağd pul, sənəd və digər materiallar aşkar olunaraq götürülüb.