backend

Necdet Ünüvar: "Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
 
N.Ünüvar açıqlamasında bildirib ki, hazırda bəzi qüvvələrin Azərbaycan və Türkiyə əleyhinə məkrli planlarının olması hər kəsə məlumdur:
“Bunlara baxmayaraq, Azərbaycan və Türkiyə hər zaman parlamağa, inkişaf etməyə davam edəcəklər”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Qafqazın iqtisadi və mədəni anlamda ən böyük ölkələrindən biridir:
“Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq, çünki Türkiyə ilə Azərbaycan bir millət, iki dövlət olsa da, tək ürəkdir”.
//Trend