Neçə belaruslu Ukraynaya qarşı vuruşmaq istəyir?backend

Neçə belaruslu Ukraynaya qarşı vuruşmaq istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, hazırda təxminən 10-15 min Belarus əsgəri Ukraynaya qarşı müharibədə iştirak etməyə hazırdır.

Editor.az bildirir ki, bunu Rusiya-Ukrayna müharibəsi cəbhəsindəki vəziyyətlə bağlı brifinq zamanı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov deyib.

Onun sözlərinə görə, Belarus Respublikasının güc strukturlarının 10-15 minə yaxın şəxsi heyəti Rusiyanın “xüsusi hərbi əməliyyatı”nda iştirak etməyə hazırdır”, – Qromov bildirib. Bunlar da müharibədən çoxlu pul götürmək istəyən adamlardır. Onun sözlərinə görə, onlar ilk növbədə yüksək maliyyə təminatının cəlbediciliyinə görə müharibəyə getməyə hazırdırlar.

  //Samir Qurbanov,Editor.az