Neçə ölkə İsveçrədə keçiriləcək Sülh Sammitində iştirakını təsdiqləyib?backend

Neçə ölkə İsveçrədə keçiriləcək Sülh Sammitində iştirakını təsdiqləyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda 107 ölkə və təşkilat İsveçrədə keçiriləcək Sülh Sammitində iştirakını təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə Ukayna prezidentinin mətbuat katibi Sergey Nikiforov milli telemarafonun efirində məlumat verib. O qeyd edib ki, indiyədək 107 ölkə və beynəlxalq təşkilat Sülh Sammitində iştirakını təsdiqləyib. Nikiforov əlavə edib ki, prezident Vladimir Zelenskinin Cənub-Şərqi Asiyaya davam edən səfərinin əsas məqsədi Ukraynanın mövqeyini dünyanın bu hissəsinə çatdırmaq və bu ölkələri sammitə qoşulmağa razı salmaqdır.

Onun sözlərinə görə, Ukrayna prezidentinin Asiyaya səfəri çərçivəsində liderləri ilə görüşlər keçirdiyi Filippin, Sinqapur və Şərqi Timor sammitdə bu və ya digər formada təmsil oluna bilər.

//Samir Qurbanov, Editor.az