Nəcməddin Sadıqov bu görüntüləri yayan şəxsi axtarır… – İşdən çıxarılanlar varbackend

Nəcməddin Sadıqov bu görüntüləri yayan şəxsi axtarır… – İşdən çıxarılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət etdiyi görüntüsü yayılıb.

Editor.az xəbər verir ki, Azadinfo.az-a daxil olan məlumata görə, hazırda N. Sadıqov həmin görüntüləri çəkən şəxsi axtarır.

Belə ki, Nəcməddin Sadıqov görüntülərin yayılmasından çox qəzəblənib. Hətta, şəxsi mühafizəsindən bir neçə şəxsi də işdən azad edib.

Qeyd edək ki, general-polkovnik N.Sadıqov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə 44 günlük müharibənin davam etdiyi vaxt vəzifəsindən azad olunaraq ehtiyata buraxılmışdı.