Neft tankeri partlayıbbackend

Neft tankeri partlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taylandın paytaxtı Bankonqa gedən və xam neft daşıyan gəmidə partlayış verib. Editor.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış gəminin Çao Pharaya çayından keçdiyi zaman baş verib. Hadisənin yaşayış məntəqəsinin yanında baş verməsinə görə böyük tələfatların olmaması üçün hadisə yerinə çox sayda xilasedici qruplar cəlb edilib. Qəzanın baş verdiyi anda 15 nəfər ekipajın olduğu gəmidə 4 nəfər yaralanıb. Gəmi heyətindən bir nəfər isə həyatını itirib.

İlkin araşdırmalara görə hadisənin lövbər otağında başlayan yanğından sonra baş verməsi bildirilir. Hadisə zamanı gəmidən çaya neft sızmasının olmaması da qeyd edilib.

//Nəzərbəy Hacıağayev, Editor.az