Neft tankerlərinin keçidi ilə bağlı problem həll olunubbackend

Neft tankerlərinin keçidi ilə bağlı problem həll olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rusiya neftinə embarqonun qüvvəyə minməsi ilə bağlı bağlanan boğazlar və neft tankerlərinin keçidi ilə bağlı probleminin artıq həll olunduğunu bildirib.

Editor.az bildirir ki, bu barədə “Financial Times” məlumat verib. Həmin məlumata görə, Rusiya neftinə qiymət həddinin tətbiqi ilə bağlı Ankaranın yeni qaydalarına görə saxlanılan 26 tankerdən 19-u artıq Bosfor və Çanaqqala boğazlarından keçib. 13 müdafiə və bərpa klubundan ibarət beynəlxalq qrupun tərkib hissəsi olan Norveçin “Gard” şirkəti də həll yolunun tapıldığını bildirib.

“P&I Club International (IG) ilə Türkiyə hökuməti arasında razılaşmanın ardınca, xam neft yükləri daşıyan gəmilərin Türkiyənin nəzarətində olan sularda səyahətlərini davam etdirməsinə icazə verilməsinə dair razılıq əldə edilib”, – məlumatda bildirilir.

  //Samir Qurbanov, Editor.az