Neftçalada kişi hamamda ölü tapılıbbackend

Neftçalada kişi hamamda ölü tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala şəhərində yerli sakin hamamda ölü tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Neftçala şəhər M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü Dadaşov İxtiyar Hüseynalı oğlu yuyunmaq üçün hamama gedib.

Bir müddətdən sonra yaxınları hamamda onun cansız bədənini aşkar ediblər.

İlkin məlumata görə, İ.Dadaşovun ürəktutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.