Neftçalada narkokuryer saxlanıldıbackend

Neftçalada narkokuryer saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalada narkokuryer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət Mirzəyev saxlanılıb.

Ondan 1 kiloqramdan artıq tiryək və heroin aşkarlanıb. Araşdırmalar zamanı D.Mirzəyevin pul qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.