Neftçalada törədilən DƏHŞƏTLİ QƏTLİN DETALLARI – Qonşular danışdılar – VİDEObackend

Neftçalada törədilən DƏHŞƏTLİ QƏTLİN DETALLARI – Qonşular danışdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalada 65 yaşlı kişi öz evində qətlə yetirilib. Hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Editor.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, qəsəbə sakini, 38 yaşlı Saleh Qurbanov ötən gün  qonşusu 65 yaşlı Səxavət Əliyevgilə gəlib. İddia edilir ki, tərəflər arasında münaqişə yaranıb. Bu zaman Saleh Qurbanov stolun üstündə olan qoyun qırxımı üçün nəzərdə tutulmuş qayçı ilə Səxavət Əliyevə bir neçə dəfə zərbə vurub və hadisə yerindən qaçıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Neftçala rayon prokurorluğunun yaydığı məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb. Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.