2017-ci ildən “Neftçi”nin formasını geyinən Emin Mahmudovun buranı tərk etmək ehtimalı güclənib.
Editor.az sportinfo.az-a istinadla bildirir ki, yaxınlarda kapitan sarğısı əlindən alınan yarımmüdafiəçi Roman Qriqorçukun qərarından narazı qalıb.
Bundan xəbər tutan rəsmilər ona öz təklifini verib – əgər bu, xoşuna gəlmədisə, oturub danışaq və müqaviləni pozaq.
Emin Premyer Liqanın son turunda meydana çıxmaq imkanı əldə etməyib. “Qarabağ”la derbini (0:4) sonadək ehtiyat skamyadan izləyib.