“Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydıbackend

“Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” ötən gün klub bazasına gələrək etiraz edən azarkeşlərin həbs olunması ilə bağlı açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, açıqlamada klub tərəfindən tərəfdarla bağlı heç bir şikayət edilmədiyi bildirilib:

“Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” heç bir şikayət bildirməyib. Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən, həmin şəxsləri məsuliyyətə cəlb edib”.