“Neftçi”nin avtobusu qəzaya düşdübackend

“Neftçi”nin avtobusu qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.

Klubun mətbuat xidmətindən Editor.az -a verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində baş verib.

Hər iki tərəfdə xəsarət alan olmayıb.

Qeyd edək ki, noyabrın 5-i klub Premyer Liqanın XII turunda, saat 16:00-da Qəbələdə şəhərin eyniadlı kollektivi ilə üz-üzə gələcək.