“Neftçi”nin oyunçusu ölkəsindəki hərbi çevrilişə görə Bakıya qayıda bilmirbackend

“Neftçi”nin oyunçusu ölkəsindəki hərbi çevrilişə görə Bakıya qayıda bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda keçirilməli olan Qvineya – Mərakeş oyunu baş tutmayacaq.

Bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi saytı məlumat verilib.

Görüş sentyabrın 6-da Qvineyanın paytaxtı Konakridə baş tutmalı idi. Ölkədəki siyasi vəziyyət səbəbindən oyun qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, həmin səbəbdən “Neftçi”nin oyunçusu Mamadu Kane də çətin vəziyyətə düşüb. Belə ki, Mərakeşə qarşı oynamaq üçün Vətəninə gedən 24 yaşlı qvineyalı ölkədən çıxa bilmir.

Xatırladaq ki, ötən gün Qvineyada hərbi çevriliş baş verib. Qiyamçıların lideri polkovnik Mamadi Dumbuya prezident Alfa Kondenin həbs olunduğunu elan edib.