“Neftçi”nin potensial rəqibləri müəyyənləşdi – Bakıya “Qalatasaray” gələ bilərbackend

“Neftçi”nin potensial rəqibləri müəyyənləşdi – Bakıya “Qalatasaray” gələ bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi püşkatma nəticəsinə bu 3 komandadan biri ilə qarşılaşacaq: “Dinamo” (Moskva, Rusiya), “Qalatasaray” (Türkiyə), “Kayrat” (Qazaxıstan).

Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.