“Neftçi”nin stadionunun adı dəyişdirildi: “Beşiktaş”la da orada oynayacaqlar – FOTObackend

“Neftçi”nin stadionunun adı dəyişdirildi: “Beşiktaş”la da orada oynayacaqlar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun adı dəyişdirilib.

Bu barədə “ağ-qaralar”ın icraçı direktoru Fərrux Mahmudov özünün “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, arena artıq nə “Bakcell Arena”, nə də “8-ci km stadionu” adlanacaq. Stadionun yeni adı “Neftçi Arena” olacaq.

F.Mahmudov UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la oyunun da həmin stadionda keçiriləcəyini bildirib. Bu addım azarkeşlərin istəyinə əsasən atılıb. Daha əvvəl “Neftçi”nin İstanbul klubunu Bakı Olimpiya Stadionunda qəbul etməsi planlaşdırılırdı.