“Neftçi” – “Qalatasaray” cütünün potensial rəqibi bilinirbackend

“Neftçi” – “Qalatasaray” cütünün potensial rəqibi bilinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Editor.az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkdə təmsilçimiz “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək.

“Ağ-qaralar” 2-ci mərhələdəki rəqibi “Qalatasaray”ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, püşkdə güclü komandaların yer aldığı səpələnmişlər sırasında olacaq. Bu, İstanbul klubunun yüksək reytinqinə görədir.

“Neftçi” – “Qalatasaray” cütünün potensial rəqibləri

“Sonderyuske”dir (Danimarka)

B-36 (Farer adaları)/TNS (Uels) cütünün qalibi

“Olimpiya” (Sloveniya)/”Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi

“Renova” (Şimali Makedoniya)/”Hayduk” (Xorvatiya) cütünün qalibi

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.