“Neftçi” üç milyonluq futbolçunu pulsuz transfer edib – VİDEObackend

“Neftçi” üç milyonluq futbolçunu pulsuz transfer edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin Andre Şinyaşiki transferi ilə bağlı bir sıra məqamlar bəlli olub.

Editor.az xəbər verir ki, ABŞ-də “Şarlott” klubunun şərəfini qoruyan 26 yaşlı futbolçu “Neftçi”nin maraq dairəsinə düşməsi haqda məlumat aldıqdan sonra MLS təmsilçisinə azad agent statusu almaq istəyini bildirib və buna nail olub.

Futbolçu “Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu ilə çalışmağa böyük həvəs göstərib. A.Şinyaşiki bu səbəbdən hətta Türkiyə Super Liqasından gələn təklifdən də imtina edib.

Qeyd edək ki, məşhur “Transfermarkt” saytı Şinyaşikinin transfer dəyərini üç milyon avro göstərib. Dəyəri olduqca yüksək olan futbolçunun heç bir vəsait ödənmədən – azad agent kimi komandaya cəlb olunmasını “Neftçi”nin transfer siyasətinin və klub seleksionerlərinin böyük uğuru kimi qiymətləndirmək mümkündür.

Xatırladaq ki, “Neftçi” ilə Şinyaşiki arasında iki illik müqavilə imzalanıb.