Dünya bazarında neftin qiyməti ABŞ-da xammal ehtiyatları ilə bağlı statistik məlumatların dərc olunmasından sonra artıb.
“Report” xəbər verir ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,46 % artaraq 1 barel üçün 82,58 ABŞ dollara satılıb.
WTI markalı neftin fevral fyuçersləri isə 0,56 % bahalaşaraq 1 barel üçün 78,73 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ABŞ-da kommersiya neft ehtiyatlarının statistikası açıqlanıb. Analitiklər ehtiyatların cəmi 1,7 milyon barel azalacağını gözləsələr də, dekabrın 16-da başa çatan həftədə ehtiyatlar (strateji ehtiyat istisna olmaqla) 5,9 milyon barel və ya 1,4 % azalaraq 418,2 milyon barelə düşüb.