Neftin qiyməti niyə ucuzlaşıb?-Deputatdan AÇIQLAMAbackend

Neftin qiyməti niyə ucuzlaşıb?-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftin qiymətində kəskin enişlər müşahidə olunur.

Noyabrın geridə qalan günlərində “qara qızıl” 21.0 faizdən çox dəyər itirib. Hazırda Brent markalı neftin 1 barelı 81.50 dollara təklif olunur. Qeyd edək ki, noyabrın ilk günündə qiymət 99.0 dollara yaxın idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, OPEC + alyansı  hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir: “Praktik olaraq, dünya neft içərsində “üzür”. Təklif ilə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür.

Bu da qiymət azalmalarını sürətləndirir.  Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədə də iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çinin neftə olan tələbini azaldır. Sərt qaydalar səbəbindən hazırda Çində on milyonlarla insan sərt karantin rejimində yaşayır”.

Deputat qeyd edir ki, neftin qiymətindəki son azalmalar eyni zamanda qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır: “ Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar.

Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.   Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.

//Safura Bənnayeva, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!