Neftin qiyməti ucuzlaşmaqda davam etsə, bizi nələr GÖZLƏYİR?- AÇIQLAMAbackend

Neftin qiyməti ucuzlaşmaqda davam etsə, bizi nələr GÖZLƏYİR?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda manatın taleyi neftin qiymətindən çox aslıdır. Azərbaycan manatı kağız neftdir. Ancaq ölkəmizdə manatın məzənnəsi həm də inzibati yolla tənzimləndikdən dünya bazarlarında baş verən hadisələr dolayı yolla Azərbaycana təsir edir, birbaşa təsir imkanları yoxdur”.

Bunu Editor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı hesab edir ki, hələ ki bu il Azərbaycanda manatın devalvasiyası gözlənilmir:

“Mərkəzi bank və hökumət inzibati qaydada manatın məzənnəsini indiki səviyyədə saxlamağa çalışacaq. Ancaq neftin qiyməti ucuzlaşmaqda davam etsə, gələn il manatın məzənnəsi ilə bağlı inzibati qaydada qərarlar verilə bilər”.

//Gülnarə Abasova, Editor.az