Nəhəng taxıl ehtiyatı anbarı yandıbackend

Nəhəng taxıl ehtiyatı anbarı yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın La Roşel şəhərində – Chef-de-Bay ticarət limanı yaxınlığında böyük yanğın baş verib. “Sica Atlantique” taxıl silosu alov allanıb. Yanğın üç qonşu siloya keçib.

Editor.az bu barədə yerli “France Bleu” nəşrinə istinadən xəbər verir. Taxıl siloslarında min tonlarla buğda olub ki, onların üzlüyü yanıb. Genişmiqyaslı yanğının söndürülməsinə 100-ə yaxın xilasedici cəlb edilib.

Yanğının mənbəyinin silosun içərisində taxılın daşınmasına imkan verən konveyer lenti olduğu güman edilir.

İndi silosların ətrafında 100 metrlik təhlükəsizlik perimetri yaradılıb. Siloslardan 110 metr aralıda yanacaq anbarları yerləşir.

Xilasedicilər bildirirlər ki, silosda hər zaman partlayış təhlükəsi olması səbəbindən, bütün ehtiyat tədbirlər görülüb. Taxıl anbarının bütün işçiləri və ətraf rayonların sakinləri təxliyə edilib.

Genişmiqyaslı yanğın baş verən ərazidən bir neçə kilometr aralıda böyük qara tüstü sütunu görünüb.

//Samir Qurbanov, Editor.az