Nemtsovun qatili Mariupolda – Kadırovla yan-yanabackend

Nemtsovun qatili Mariupolda – Kadırovla yaan-yana

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çeçenistan rəhbəri Ramzan Kadırov martın 26-da axşam Telegram-da “Mariupol administrasiyasının binası üzərində bayrağın qaldırılmasını” əks etdirən video yayımlayıb.
Kadırovun çıxışından anlaşılır ki, Mariupoldakı çeçen hərbi birliyinə Ruslan Geremeyev rəhbərlik edir. “Əziz QARDAŞIM “Xeyirxah” ləqəbli Ruslan Geremeev verilən tapşırığı həmişə uğurla sona çatdırır. Mariupoldakı ən çətin cinah ona tapşırılıb və komandir tapşırığın öhdəsindən mükəmməl gəlir”- deyə Kadırov bildirir.
Editor.az-ın “Kommersant”a istinadən verdiyi məlumata görə, Ruslan Geremeev Boris Nemtsovun qətli ilə bağlı iş üzrə ittiham olunur. Boris Nemtsovun ailəsinin maraqlarını təmsil edən vəkil Vadim Proxorov deyib ki, “Məndə olan məlumata görə, istintaq qətlin təşkilatçıları kimi Geremeyev və Muxudinovu görür.
Hesab edirəm ki, indi əsas və ən vacib məsələ onlara qiyabi ittiham irəli sürmək və axtarışa verməkdir. Müstəntiq Geremeyevi Çeçenistanda – doğulduğu kənddə dindirməyə çalışsa da, üzünə qapı açan olmayıb. Geremeyev məhkəmə dindirilmələrinə gəlməyib. Ramzan Kadırov Geremeyevin Nemtsovun qətlində iştirakını inkar edib: “Məndən soruşsanız, Geremeyev, qətiyyən günahkar deyil və bu, uydurma bir şeydir”. Qeyd edək ki, 2019-cu ildə Ruslan Geremeev ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb.
   Editor.az