“Nensi  Pelosi Tayvana səfərində Çinə, Ermənistana səfərində isə  Rusiyaya meydan oxudu”- ABŞ-ın regional maraqlarına BÖYÜK ZƏRBƏbackend

“Nensi  Pelosi Tayvana səfərində Çinə, Ermənistana səfərində isə  Rusiyaya meydan oxudu”- ABŞ-ın regional maraqlarına BÖYÜK ZƏRBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında son  günlər yaşananlar regionun təhlükəsizliyi və əməkdaşlıqlar baxımından xoşagələn hadisə deyil. Bu hadisələr Azərbaycanın təşəbbüskarı olduğu sülh müqaviləsinin bağlanması istiqamətində aparılan işlərə zərbə vurur. Ermənistanda revanşist qüvvələr işğaldan azad olunan Azərbaycan ərazilərini yenidən ələ keçirtmək uğrunda müxtəlif planlar qurur, eləcə də Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaratmaq və bu istiqamətdə fəaliyyət göstərməklə bağlı çıxışlar edirlər. Son günlər Azərbaycan-Ermənistan arasında yaranmış vəziyyət də bunu deməyə əsas verir”.

Bu sözləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Editor.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin şəxsiyyəti və siyasi fəaliyyəti hər kəsə bələddir:

” O, antiTürkiyə mövqeyini tutan ABŞ siyasətçilərindəndir. Ermənilərin saxta soyqırım iddialarını dəstəkləyən və onun ABŞ tərəfindən qəbul olunması istiqamətində fəaliyyət göstərən siyasətçilərdəndir. Azərbaycanla Türkiyə strateji müttəfiqdir və bir-birilərinin ərazi bütövlüyünə öz daxili məsələsi kimi baxırlar. Ona görə də Nensi Pelosinin antiTürkiyə mövqeyi həm də  Azərbaycana aiddir.  Əgər təxribatçı hadisələri Azərbaycan tərəfi törətsəydi, itkiləri Ermənistandan qat-qat çox ola bilərdi. Ancaq Azərbaycanın itkilərinin sayının Ermənistanınkından az olması onu sübut edir ki, hücum edən tərəf Ermənistandır. Odur ki,  Pelosinin bu məsələdə Azərbaycanı ittiham etməsi də məntiqsizdir”.

S. Soltan qeyd edib ki, Nensi Pelosinin İrəvan səfərinin arxasında bir neçə məqamlar var:

” Birincisi, Demokratlar partiyasının seçkiyə hazırlığı əsas məqamdır. Son zamanlar ABŞ-da bu partiyanın  nüfuzu seçicilər arasında düşüb. Sonuncu dəfə Nensi Pelosi Nümayəndələr Palatasına sədr seçiləndə doqquz səs fərqlə qalib gələ bilib. Bu isə onu göstərir ki, çox az səs fərqi ilə sədr seçilən Pelosinin perspektivdə yenidən konqresmen olmaq imkanı azdır. O, ölkədə seçicilər arasında itirilmiş mövqeyini xarici səfərləri zamanı verdiyi “ədalətsiz bəyanatlar”la geri qaytarmaq istəyir. Məsələn Tayvana, İrəvana səfəri zamanı etdiyi çıxışlar bunu təsdiqləyir. İkincisi, Ermənistanın saxta tarixini təbliğ etmək və bu istiqamətdə lobbilər qarşısında ehtimal olunan öhdəlikləri yerinə yetirmək. Üçüncüsü, Ermənistanı birmənalı şəkildə ABŞ-ın dəstəklədiyini nümayiş etdirmək… Son zamanlar Ermənistan  Rusiya və ABŞ arasında yol ayrıcında qalıb. Nensi Pelosi bu səfəri ilə Rusiyaya meydan oxuyaraq sübut etmək istəyir ki, bazası Ermənistanda yerləşsə də İrəvan daha çox Amerikanın təsiri altındadır. Nensi  Pelosi Tayvana səfərində Çinə, Ermənistana səfərində isə  Rusiyaya meydan oxudu. Hesab edirəm ki, ABŞ spiker bu səfəri ilə ABŞ-ın regional maraqlarına zərbə vurdu. Nensi Pelosi Ağ evin də dəstəklədiyi Brüssel görüşlərini müdafiə etsə və bu istiqamətdə tərəflərə  xoşməramlı ismarıclar göndərsəydi,  bu daha məntiqli olardı. Ancaq Ermənistana səfər etməsi onu deməyə əsas verir ki, ABŞ-ın  Cənubi Qafqazla bağlı siyasətində müəyyən çatışmazlıqlar var. ABŞ Ermənistan-Azərbaycan münasibətlərin tənzimlənməsində tərəfsiz görünmür. ABŞ spikeri öz səfəri və hərəkətləri ilə bunu nümayiş etdirdi”.

//Gülnarə Abasova, Editor.az