Nepalda baş verən zəlzələ nəticəsində 69 nəfər ölübbackend

Nepalda baş verən zəlzələ nəticəsində 69 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında Nepalda baş verən 5,6 bal gücündə zəlzələdə 69 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, episentri Nepalın Cumla bölgəsindən 42 kilometr cənubda olan 5,6 bal gücündə zəlzələdə Rukum bölgəsində baş verib.

Cajarkot bölgəsində 17 nəfərin həyatını itirdiyini, dağlıq bölgələrdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. AA-da yer alan xəbərə görə, səlahiyyətlilər səhər saatlarında ölənlərin sayının artacağına diqqət çəkərək bir çox kəndlə əlaqənin kəsildiyini qeyd edib.

Nepal Milli Zəlzələnin Monitorinqi və Araşdırma Mərkəzi zəlzələnin maqnitudasını 6,4 bal olaraq ölçüb. Hindistanın Milli Seysmologiya Mərkəzi (NCS) Facebook sosial şəbəkəsindəki yazısında zəlzələnin maqnitudasının 6,4, dərinliyinin isə 10 kilometr olduğunu bildirib. Hindistan xəbər agentliyi ANI News yeraltı təkanların Hindistanın Milli Paytaxtı Dehli bölgəsində və ölkənin şimalındakı bəzi bölgələrdə də hiss edildiyini bildirib.

//Gülnarə Abasova, Editor.az