Nepalda etirazlar böyüyür: Hava limanlarına hərbi nəzarət tətbiq edildibackend

Nepalda etirazlar böyüyür: Hava limanlarına hərbi nəzarət tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepal ordusu Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanına nəzarəti ələ alıb.

Oxu.Azxəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.

Hava limanının bağlanması səbəbindən yüzlərlə sərnişin Nepaldan uça və ya ölkəyə enə bilməyib. Daha əvvəl Nepal Turizm Şurası və yerli aviaşirkətlər ölkədəki bütün hava limanlarının sentyabrın 11-dək bağlı qalacağını, həmçinin bağlanmanın uzadılması ehtimalının olduğunu açıqlamışdılar.

Eyni zamanda Katmanduda davam edən kütləvi iğtişaşlar fonunda soyğunçuluq halları da qeydə alınıb.