Nepalda itən təyyarənin qalıqları tapılıbbackend

Nepalda itən təyyarənin qalıqları tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Nepalda “Tara Air” aviaşirkətinə məxsus təyyarənin havaya qalxdıqdan qısa müddət sonra hava limani ilə əlaqəsi kəsilib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Nepal ordusunun sözçüsünün verdiyi məlumata görə, təyyarə Nepalın şimalındakı Mustanq bölgəsində yerə çırpılıb. Təyyarə qəzaya uğrayan zaman təyyarədə olan 22 nəfərdən artıq 14-nün cəsədi tapılıb

Tribhuvan Beynəlxalq Hava Limanının sözçüsü Tek Raj Sitaula bildirib ki, digər şəxslərin axtarışı davam edir. Hələ ki onların sağ olub olmaması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, təyyarədə olan 22 nəfərdən 4-ü Hindistan, 2-si Almaniya və 16-sı isə Nepal vətəndaşı olub.

//Nəzərbəy Hacıağayev, Editor.az