Nepalda təbii fəlakət: 170 nəfər öldü, 42 nəfər itkin düşdübackend

Nepalda təbii fəlakət: 170 nəfər öldü, 42 nəfər itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda daşqınlar nəticəsində 170 nəfər həlak olub, daha 42 nəfər itkin düşüb.

Editor.az bildirir ki, bu barədə AFP Nepal Daxili İşlər Nazirliyinə istinadən xəbər verir. Ölənlərin çoxu ölkənin paytaxtı Katmanduda qeydə alınıb.

Paytaxtdan axan çaylar çöküntü ilə dolub. Sentyabrın 27-dən Nepalda 2002-ci ildən bəri rekord miqdarda yağıntı düşüb – 240 mm.
Daxili İşlər Nazirliyinin sözçüsü Rişi Ram Tivari agentliyə bildirib ki, Katmanduda bir neçə məhəllə su altında qalıb. Hazırda fövqəladə hallar xidmətləri magistral yolları dağıntılardan təmizləmək üçün buldozerlərdən istifadə edir. Şəhərin hazırda Nepalın qalan hissəsi ilə əlaqəsi tamamilə kəsilib.

Katmandunun cənubunda magistral yolda baş verən sürüşmə nəticəsində ölənlərin ən azı 35-i avtomobillərdə olub. Yerli hakimiyyət orqanları 3 minə yaxın insanı xilas edə bilib. Xilasetmə əməliyyatlarında ölkənin təhlükəsizlik xidmətinin 3 mindən çox əməkdaşı iştirak edib; Şəhərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları evakuasiya mərkəzləri və humanitar yardım məntəqələri yaradıblar.

//Samir Qurbanov, Editor.az