Nepalda təyyarə qəzası: xeyli sayda adam öldübackend

Nepalda təyyarə qəzası: xeyli sayda adam öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalın Mülki Aviasiya İdarəsi iyulun 24-də Katmanduda “Tribhuvan” Beynəlxalq Hava Limanında qəzaya uğrayan Saurya Hava Yollarına məxsus təyyarənin göyərtəsində olan 18 nəfərin öldüyünü təsdiqləyib.

Bu barədə aviasiya departamentinin X sosial şəbəkəsindəki rəsmi məlumatında deyilir. Qeyd olunur ki, saat 11.11-də Katmandudan havaya qalxan 9NAME dövlət nömrə nişanlı təyyarənin göyərtəsində ümumilikdə 19 nəfər olub, onlardan 18-i dünyasını dəyişib.

Sərnişinlərdən biri Yəmən vətəndaşı olub. Məlumatda bildirilir ki, kapitan M.R. Şakya ağır yaralanıb və Sinamanqala xəstəxanasına yerləşdirilib. Təyyarə uçuş-enmə zolağından çıxıb və hava limanının şərq tərəfindəki dərəyə düşüb, – aviasiya idarəsi qeyd edib.

//Samir Qurbanov, Editor.az