Nepalda TikTok qadağan edildibackend

Nepalda TikTok qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepal da Çin sosial media platforması TikTok-u qadağan edən ölkələrə qoşulub.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Nepal hökuməti məşhur sosial media tətbiqi TikTok-un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək tətbiqi qadağan etmək qərarına gəlib. Rabitə və İnformasiya Texnologiyaları Naziri platformanın etiraz məzmunlu yazı yaydığını söyləyib və qadağanın dərhal qüvvəyə minəcəyini, səlahiyyətlilərə qərarı həyata keçirmək üçün göstəriş verildiyini qeyd edib.

Xarici işlər naziri Narayan Prakash Saud, Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada hökumətin sosial media platformaları olan şirkətlərdən Nepalda qeydiyyatdan keçmələrini və əlaqə ofisi açmasını, vergi ödəmələrini və ölkənin qanun və qaydalarına əməl etmələrini xahiş etdiyini bildirib.

//Səbinə Hüseynli, Editor.az