Nepallıları Rusiyanın tərəfində Ukraynaya qarşı müharibədə iştiraka cəlb etməkdə şübhəli bilinən iki nəfər saxlanılıbbackend

Nepallıları Rusiyanın tərəfində Ukraynaya qarşı müharibədə iştiraka cəlb etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda polis əməkdaşları nepallıları Rusiya ordusunun tərkibində Ukrayna ilə hərbi münaqişədə iştiraka cəlb etməkdə şübhəli bilinən iki yerli sakini saxlayıb.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” Katmandu polis rəisi Bhupendra Xatriyə istinadən məlumat yayıb. Bir çox nepallı işsizlik səbəbindən müxtəlif ölkələrin ordularına qoşulur. Müstəntiqlərin fikrincə, işəgötürənlər əsasən BƏƏ vasitəsilə Rusiyaya turist vizası və səyahət üçün işsiz gənclərdən 9 min dollara qədər pul götürüblər.

“Biz işi hökumətin vəkilləri ilə müzakirə edirik və məhkəməyə verəcəyik. Söhbət mütəşəkkil cinayətkarlıqla qaçaqmalçılıq edən insanlardan gedir”, – deyə yerli polis rəisi bildirib. Onun sözlərinə görə, bu iş üzrə ümumilikdə on nəfər saxlanılıb. Bir gün əvvəl Nepal hökuməti Rusiyadan Ukrayna ilə müharibədə Rusiya tərəfində həlak olan 6 nepallının cəsədini təhvil verməsini tələb edib.

Onlar daha bir nepallını Ukrayna əsirliyindən azad etməyə çalışırlar. Nepal hakimiyyəti həmçinin Rusiya rəhbərliyini həlak olanların ailələrinə təzminat ödəməyə çağırıb və onları ölkənin hərbi əməkdaşlıq müqaviləsi bağladığı Hindistan və Böyük Britaniya istisna olmaqla, xarici ordularda xidmət etməməyə çağırıb. Nepalın Rusiyadakı səfiri Milan Rac Tuladhar təxminən 150-200 nepallının Rusiya ordusuna qoşulduğunu bildirib.

//Samir Qurbanov, Editor.az