Neqredo La Liqaya qayıtdıbackend

Neqredo La Liqaya qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo ölkəsinə qayıdıb.

Editor.az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu La Liqaya vəsiqə qazanan Cadiz-lə anlaşıb. Klubun rəsmi saytı ispan futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində Rayo Vallecano, Almeria, Real Madrid, Sevilla, Manchester City, Valencia, Middlesbrough, Beşiktaş-da çıxış edən Neqredo son olaraq Al Nasr klubunda oynayıb.