“Neqreyra işi”: “Barselona” əleyhinə heç bir sübut tapılmadıbackend

“Neqreyra işi”: “Barselona” əleyhinə heç bir sübut tapılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya rüşvət verməsi ittihamları ilə bağlı araşdırmalar davam edir.

Üzə çıxan yeni məlumatlar Kataloniya klubunun xeyrinə olub. Bildirilir ki, İspaniya Prokurorluğu Kataloniya klubunun Neqreyraya verdiyi iddia edilən ödənişlərin nəticənin manipulyasiyasına gətirib çıxardığına və ya La Liqada hər hansı matçın nəticəsinə təsir etdiyinə dair heç bir sübut tapmayıb. “Barsa” yaxın zamanlarda məsələ ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır.

Xatırladaq ki, “Barselona” sabiq prezidentləri Sandro Rosel və Xosep Mariya Bartomeu tərəfindən Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyrara 7 milyon avroya yaxın məbləğdə ödəniş etmələrinə görə ittiham olunur. Neqreyra özü ifadəsində bildirib ki, ödənişlər konsultasiya qarşılığında verilib və hakimlərin “Barselona” ilə daha yaxşı rəftar etmələri üçün rüşvət olmayıb.