“Nərimanov Rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti digər gənclər təşkilatlarına örnəkdir”backend

“Nərimanov Rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti digər gənclər təşkilatlarına örnəkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hikmət Babaoğlu: “Bu qurum gənclərin fəaliyyyətini milli maraqlar istiqamətində yönəltməyi bacarır”

Artıq xeyli müddətdir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi vətənpərvərliklə bağlı bir-birindən maraqlı tədbir və layihələrə imza atmaqdadır.

Moderator.az-a açıqlamasında bu kimi tədbirlərin önəmini vurğulayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:

“Gənclər təşkilatlarının, o cümlədən rayon gənclər və idman idarələrinin ictimai-siyasi həyatımızda rolu böyükdür. Gənclik böyük gücdür. Gənclərimizn milli maraqlarımız ətrafında səfərbər olunması, onların gücündən, bacarığından milli məqsədlərimiz üçün istifadə edilməsi olduqca vacibdir. Bu, həm də ictimai-siyasi münasibətlərimizin keyfiyyətini təyin edən faktorlardan biridir.

Nərimanov Rayon Gənclər və İdman İdarəsi öz fəallığı ilə seçilən qurumlardan biridir. Nərimanov Rayon Gənclər və İdman İdarəsi müxtəlif tədbirlər və layihələr vasitəsi ilə gənclərin fəaliyyyətini milli maraqlar istiqamətində yönəltməyi bacarır.

Bir neçə gün bundan öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə rayon gənclərinin Hərbi Qənimətlər Parkına səfəri təşkil edildi. Nərimanov Rayon Gənclər və İdman İdarəsi  tərəfindən vətənpərvərliklə bağlı layihələrin, müsabiqə və turnirlərin təşkili, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, qazilərlə görüşlərin keçirilməsi örnək təşkil edilən addımlardır. Bu baxımdan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin fəaliyyətini yüksək qiymətləndirir və təqdir edirəm”.