Nəsli kəsilməkdə olan böyük ağ köpəkbalığını yeyən və paylaşan çinli fenomen cəzalandırıldıbackend

Nəsli kəsilməkdə olan böyük ağ köpəkbalığını yeyən və paylaşan çinli fenomen cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin sosial media fenomeni Tizi, qanunsuz olaraq aldığı nəsli kəsilməkdə olan böyük ağ köpəkbalığını bişirib yediyi üçün 18 min 500 dollar cərimə olunub.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Tizi kimi tanınan və 8 milyona yaxın izləyicisi olan sosial media fenomeni 2022-ci ilin aprelində köpəkbalığı üçün 7700 yuan (1141 dollar) ödəyib. Tizi daha sonra bu balığı bişirib yeyib və həmin anları sosial media hesabında paylaşıb. Paylaşım qısa zamanda diqqət çəkib və balıqların nəsli kəsilməkdə olduğu üçün reaksiyalara səbəb olub.

Daha sonra Siçuan əyalətinin rəsmiləri Tizinin vəhşi təbiətin mühafizəsi qanunlarını pozduğunu bildiriblər.

Qeyd edək ki, Ekzotik heyvanları bişirdiyi və yediyi videoları paylaşan Tizinin TikTok-un Çin versiyası olan Douyin-də 7,8 milyon izləyicisi var.

//Gülnarə Abasova, Editor.az