Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə əlaqələri dayandırdığını bildirib. “Netanyahu artıq danışa biləcəyimiz biri deyil. Biz bunun üstündən xətt çəkdik”.
Editor.az bildirir ki, bu barədə o, jurnalistlərə açıqlmasında deyib. Qeyd edək ki, oktyabrın 28-də İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə Qəzza zolağına dəstək aksiyası keçirilib. Türkiyə prezidenti mitinqdə 1,5 milyonluq izdiham qarşısında çıxış edib.
Digər məsələlərlə yanaşı, Ərdoğan Türkiyənin İsraili hərbi cinayətkar elan edəcəyini söyləib. O, Qəzza zolağının əhalisini aclıq, susuzluq və yanacaq çatışmazlığı ilə məhv etmək istədiklərini bildirib. İsraili işğalçı adlandıran Ərdoğan, Fələstinin HƏMAS hərəkatının terror qruplaşması olmadığını qeyd edib.
Bunun ardınca İsrail İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün Türkiyədən bütün diplomatik nümayəndələrini geri çağırıb. Bu gün, noyabrın 4-də Türkiyə də İsrail səfiri Şakir Özkan Torunların məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıb.
//Samir Qurbanov, Editor.az

