İsrailin baş naziri Netanyahu Ramon Hərbi Hava Qüvvələri bazasına baş çəkib, döyüş heyəti ilə görüşüb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu F-16 döyüş təyyarələrinin istifadəsi ilə bağlı məlumat alıb.
Burada açıqlama verən İsrail baş naziri girovlar geri qayıdana qədər atəşkəs olmayacağını deyib. Atəşkəs sözünü lüğətdən tamamilə çıxarmaq lazım olduğunu bildirən Netanyahu, başqa alternativin olmadığını vurğulayıb.
Fələstin Telekommunikasiya Şirkətindən verilən açıqlamada isə İsrail ordusunun Qəzza zolağına intensiv hava hücumları nəticəsində bölgədə 10 gün ərzində üçüncü dəfə rabitə və internet xidmətlərinin çökdüyü xatırladılıb.
//Səbinə Hüseynli, Editor.az

