Netanyahu: “İsrail 24 HƏMAS batalyonundan 19-nu məhv edib”backend

Netanyahu: “İsrail 24 HƏMAS batalyonundan 19-nu məhv edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü il oktyabrın 7-dən İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında radikal HƏMAS hərəkatının 24 batalyonundan 19-nu komandirlərlə birlikdə məhv edib. Bunu Yəhudi Dövləti Nazirlər Kabinetinin həftəlik iclasında baş nazir Benyamin Netanyahu deyib.

“Bu gün müharibənin başlamasından 6 ay keçir. Nailiyyətlər böyükdür: Biz yüksək rütbəli komandirlər də daxil olmaqla, HƏMAS-ın 24 batalyonundan 19-nu məhv etdik. Biz HƏMAS-ın xeyli sayda terrorçusunu öldürdük, yaraladıq və ya əsir götürdük”, – Netanyahu bildirib.

Baş nazirin açıqlamaları onun ofisi tərəfindən yayılıb.

Nazirlər Kabinetinin rəhbəri həmçinin qeyd edib ki, İsrail anklavın cənubundakı Rəfah şəhəri də daxil olmaqla, HƏMAS-ın Qəzza zolağının bütün ərazisində məhv edilməsini başa çatdırmaqda qərarlıdır.

Oxu.az