Netanyahu israillilərə silah paylamağa davam edəcəklərini bildiribbackend

Netanyahu israillilərə silah paylamağa davam edəcəklərini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən sonra israilliləri silahlandırmaqda davam edəcəklərini bəyan edib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Qüdsdə 3 nəfərin öldüyü silahlı hücumla bağlı Netanyahu sosial media hesablarından açıqlama verib.

Qərbi Qüdsdəki hücumun təşkilatçılarının 2 İsrail əsgəri və 1 mülki şəxs tərəfindən zərərsizləşdirildiyini ifadə edən Netanyahu rəhbərlik etdiyi hökumətin vətəndaşlara silah paylanmasını genişləndirməyə davam edəcəyini bildirib.

Qərbi Qüdsdə bu gün səhər saatlarında baş verən silahlı hücumda 3 israilli ölüb, 3 nəfər isə ağır yaralanıb.

İsrailin işğal altındakı İordan çayının qərb sahilində mülki əhalini silahlandırmaq kampaniyası ilə tanınan ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir də tənqidlərə baxmayaraq, Qərbi Qüdsdə üç israillinin öldürüldüyü nöqtədə açıqlama verib.

Qeyd edək ki, Netanyahu hökuməti oktyabrın 7-dən sonra ölkədə mülki əhalinin silahlandırılması kampaniyasına başlayıb.

//Səbinə Hüseynli, Editor.az